Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya XİN-ə gedib - VİDEO

Azərbaycan səfiri Rəhman Mustafayev Rusiya XİN-ə gedib -

Rusiyanın Xarici İşlər Nazirliyinə çağırılan Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev nazirliyin binasını tərk edib.

Bu barədə TASS-ın müxbiri məlumat yayıb.

Bildirilib ki, səfir Smolensk meydanındakı nazirlik binasında təxminən bir saat qalıb və jurnalistlərə heç bir şərh vermədən oranı tərk edib.

10:34

Azərbaycanın Moskvadakı səfiri Rəhman Mustafayev Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə TASS-a istinadla xəbər verir.

Bildirilir ki, səfir Smolensk meydanındakı nazirlik binasına gedib və jurnalistlərə heç bir açıqlama vermədən içəri keçib.

Qeyd edək ki, bir gün əvvəl Rusiya XİN-dən bildirilib ki, Mustafayev Bakının qeyri-dost hərəkətləri və Rusiya jurnalistlərinin qanunsuz saxlanılması ilə əlaqədar çağırılıb.

Mənbə: oxu.az