Gürcüstanda müxalifət partiyaları seçkiləri boykot etdi

Gürcüstanda müxalifət partiyaları seçkiləri boykot etdi

Gürcüstanda səkkiz müxalifət partiyası oktyabrda keçiriləcək bələdiyyə seçkilərində iştirakdan imtina etdiklərini açıqlayıb.

Bu barədə “News Georgia” məlumat yayıb.

Müxalifətin fikrincə, onların seçkilərdə iştirakı hakim “Gürcü arzusu” üçün ancaq “hakimiyyətin legitimliyi görüntüsü” yaradacaq.

“Biz hesab edirik ki, qələbəyə aparan yol rejimlə tam əməkdaşlıq etməməkdən keçir”, - deyə onlar vurğulayıblar.

Birgə bəyanatı bir neçə həmfikirlə birlikdə bir neçə gündür Gürcüstan parlamenti qarşısında aclıq aksiyası keçirən "Droa" partiyasının lideri Yelene Xoştariya verib.

"Biz birgə milli müqaviməti sona qədər davam etdiririk. Bu ruh və yanaşma ilə mən aclıq aksiyasına son qoyuram ki, hamımız birlikdə çox aktiv mübarizə mərhələsinə keçə bilək", - Xoştariya bildirib.

Adəm

Mənbə: publika.az