Pezeşkian həmin sənədi imzaladı

Pezeşkian həmin sənədi imzaladı

İran Prezidenti Məsud Pezeşkian Beynəlxalq Atom Enerjisi Agentliyi (ABEA) ilə əməkdaşlığı dayandıran Fərman imzalayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Tehranın AEBA ilə nəzarət və monitorinqləri əhatə edən əməkdaşlığı dayandırmağı nəzərdə tutan qanun layihəsinin mətnini daha əvvəl İran parlamentinin Milli təhlükəsizlik və xarici siyasət komitəsi qəbul edib.

Xarici işlər naziri Abbas Araqçı ölkənin nüvə fəaliyyətinin təhlükəsizliyi təmin olunana qədər agentliklə əməkdaşlığın dayandırılacağını açıqlamışdı.

Mənbə: qafqazinfo.az