Ərdoğan yenə də prezidentliyə namizəd olacaq? - Rəsmən açıqlandı

Ərdoğan yenə də prezidentliyə namizəd olacaq? - Rəsmən açıqlandı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkə konstitusiyasına müvafiq dəyişikliklər edilmədən növbəti müddətə namizəd ola bilər.

Bu barədə "X" sosial şəbəkəsindəki səhifəsində Türkiyə liderinin baş müşaviri Mehmet Ucum məlumat verib.

"Türkiyə Böyük Millət Məclisi ən azı 360 səslə seçkilərin keçirilməsinə qərar verərsə və prezident Ərdoğan uyğun seçim edərsə, sonuncu dəfə namizədliyini irəli sürəcək", - deyə rəsmi bildirib.

Mənbə: publika.az