Ukraynanın nə qədər hava hücumundan müdafiə raketi qalıb və bizim onlarla problemimiz varmı sualına heç kim cavab verməyəcək, çünki bu məlumatlar məxfi xarakter daşıyır. Bununla belə, böyük hava hücumundan müdafiə və "Şahid" PUA-larına qarşı hazırkı mübarizə kontekstində Ukrayna Qərb tərəfdaşlarından ciddi şəkildə asılıdır.
Axar.az xəbər verir ki, bu açıqlama ilə ukraynalı hərbçi, PUA mütəxəssisi Sergey Beskrestnov çıxış edib.
"Rusiya “Şahid”lərin istehsalını artırır, onlar bizə qarşı nisbətən ucuz və təsirli silah tapıblar. Şəhərlərə kütləvi hücumlarla hava hücumundan müdafiə sistemini yarmaq üçün effektiv taktika tapıblar. Və daha da genişləndirəcəklər. Məndə olan məlumata görə, onlar daha bir zavod tikirlər.
Ona görə də bir il ərzində bir gecədə 700-800 PUA-nın hücumunu görsək, təəccüblənmərəm. Bu, hazırda mövcud olan tendensiyadır", - o deyib.
Mənbə: axar.az