Qırğızıstan Prezidenti Sadır Japarov bu gün Azəbaycana səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Sputnik Qırğızıstan” məlumat yayıb.
Bildirilib ki, o, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndidə keçiriləcək 17-ci sammitində iştirak edəcək.
Həmçinin Japarovun səfəri zamanı Ağdam rayonunda Qırğızıstan tərəfindən tikilmiş “Aykol Manas” məktəbinin rəsmi açılışı da olacaq.
Mənbə: qafqazinfo.az