İsrailin Baş naziri Benyamin Netanyahunun oğlu Avner Netanyahu hazırda təhsil aldığı Böyük Britaniyada adını dəyişib.
Bu barədə İsrailin “Yedioth Ahronoth” qəzeti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Avner Netanyahu təhlükəsizlik narahatlıqları səbəbindən Londondakı universitetlərin birində istifadə etdiyi adını dəyişmək məcburiyyətində qalıb. Onun yeni adının açıqlanmadığı bildirilir. Pepperoni pizza
İsrail mediası yazır ki, Qəzzada baş verən hadisələrdən sonra Netanyahunun ailə üzvləri də beynəlxalq səviyyədə təzyiq və təhdid hiss etməyə başlayıb. Avnerin qoruma altında olduğu, lakin özünü daha təhlükəsiz hiss etməsi üçün ad dəyişikliyinə getdiyi qeyd olunub.
Xatırladaq ki, Avner Netanyahu bir müddətdir ki, Böyük Britaniyada ali təhsil alır və bu, Netanyahunun ailəsinin xaricdə yaşayan nadir üzvlərindən biridir.
Rəvan Rzazadə
Mənbə: yenisabah.az