Rusiya agnetlərinə xəbərdarlıq - "Ən ağır cəza veriləcək"

Rusiya agnetlərinə xəbərdarlıq - "Ən ağır cəza veriləcək"

Ermənistanın hakim "Vətəndaş Müqaviləsi" Partiyasının parlament fraksiyası iyulun 3-də parlamentin növbədənkənar iclasında “Dövlət hakimiyyətinin zorakılıq yolu ilə ələ keçirilməsinin yolverilməzliyi və demokratiyanın qorunması haqqında” bəyanat layihəsini təqdim edib.

“Mülki Müqavilə" parlamentin “Ermənistan Respublikasına qarşı planlaşdırılan terror faktına qiymət verməsini" vacib hesab edir.
“Parlament 2025-ci ilin iyununda Ermənistan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən aşkar edilmiş və ölkənin suverenliyinə, konstitusiya quruluşuna , qanuni hakimiyyətinə qarşı yönəlmiş terror cəhdini qətiyyətlə pisləyir.
Ermənistan Respublikasının Konstitusiyasına və mövcud qanunvericiliyinə uyğun olaraq konstitusiya quruluşunu devirmək və ya terror törətmək məqsədi ilə həyata keçirilən istənilən hərəkət ən ağır cəzaya məruz qalacaq. Terror və zorakılıq yolu ilə hakimiyyəti ələ keçirmək cəhdləri Ermənistan Respublikasının və onun xalqının suverenliyinə birbaşa zərbədir”, - bəyanatda deyilir.
Qeyd edək ki, Ermənistan hakimiyyəti ölkədəki rusiyayönlü qüvvələri dövlət çevrilişində günahlandırır. Bununla əlaqədar bəzi dindarlar və müxalifət təmsilçiləri saxlanılıb.
Zaur

Mənbə: www.bakupost.az