Avropa ölkələri Tehranın sülhməramlı nüvə proqramını inkişaf etdirmək üçün qanuni hüququndan imtina etməsində israr edərlərsə, İran onlarla danışıqları davam etdirməyin mənasını görmür.
Bu barədə İran xarici işlər nazirinin müavini Abbas Əraqçi bildirib.
"Əgər Birgə Hərtərəfli Fəaliyyət Planı Komissiyasının koordinatoru Kaya Kallas əmindirsə ki, hər hansı gələcək danışıqların məqsədi "İranın nüvə proqramını dayandırmaqdır", o zaman Aİ və Böyük Britaniyanın gələcək danışıqlarda iştirakı öz aktuallığını itirir və mənasız olur", - deyə Əraqçi "X" sosial şəbəkəsində Kallasın son açıqlamalarını şərh edərkən yazıb.
Əraqçının sözlərinə görə, bu cür bəyanatlar Avropa diplomatiyasının rəhbəri üçün nə bütün ölkələrin dinc nüvə enerjisini inkişaf etdirmək hüququnu təmin edən "Nüvə Silahının Yayılmaması" haqqında müqavilənin müddəalarının, nə nüvə sazişinin, nə də BMT Təhlükəsizlik Şurasının bu prinsipləri özündə əks etdirən qətnamənin əlamətdar bir şey olmadığını göstərir.
Adəm
Mənbə: publika.az