İran hakimiyyəti Beynəlxalq Atom Enerjisi Agentliyinin ( BAEA ) ölkədə qalan müfəttişlərini yaxın vaxtlarda ölkədən çıxarmağı planlaşdırır.
Publika.az İranın SNN telekanalına istinadla xəbər verir ki, bunu İran parlamentinin üzvü Əmir-Hüseyn Səbati deyib.
"Parlament üzvlərinin apardığı araşdırma sayəsində İranda qalan BAEA casusları tezliklə ölkədən çıxarılacaq", - Səbati bildirib.
SNN qeyd edib ki, bu bəyanat agentliyin bəzi müfəttişlərinin İranda qeyri-qanuni fəaliyyəti ilə bağlı çoxsaylı məlumatlardan sonra verilib və böyük ehtimalla, yaxın vaxtlarda BAEA əməkdaşlarının ölkədən çıxarılması üçün əməli addımlar atılacaq.
Hüseyn İbadlı
Mənbə: publika.az