Serbiyanın Daxili İşlər Nazirliyinin əməkdaşları ölkənin paytaxtı Belqradda hökumət əleyhinə kütləvi nümayişlərin iştirakçılarına xəbərdarlıq edib.
“RİA Novosti” bununla bağlı təhlükəsizlik qüvvələrinin müvafiq bəyanatına istinadən məlumat yayıb.
"Qanunu pozan hər kəsə qarşı inzibati və cinayət işi qaldırılacaq", - deyə hüquq-mühafizə orqanlarının nümayəndələri bildiriblər.
Qeyd edilir ki, polisin bu müraciəti ilk növbədə respublikanın paytaxtında küçələri bağlayan nümayişçilərə ünvanlanıb.
Adəm
Mənbə: publika.az