Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi

Prokuror İmamoğluna 8 il 9 ay cəza istədi

İstanbul Böyükşəhər Bələdiyyəsinin vəzifəsindən azad edilərək həbs edilən sədri Əkrəm İmamoğluna qarşı aparılan saxta diplom istintaqında ittihamnamə tamamlanıb.

Türkiyə KİV-ə istinadən xəbər verilir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində Əkrəm İmamoğlunun diplomunun saxta olduğu iddia edilib.

Prokurorun iddianaməsində "Əkrəm İmamoğlu diplomu saxta yolla əldə edib və saxtakarlıq cinayətində iştirak edib" sözləri yer alıb. İttihamnamədə İmamoğlunun 8 il 9 aya qədər həbs cəzası və siyasi qadağa tələb edilib.

İmamoğlunun bakalavr diplomunun saxta olması və YÖK tərəfindən hazırlanan hesabatda saxtakarlığın aşkarlanmasından sonra İstanbul Respublika Prokurorluğu “rəsmi sənədlərdə saxtakarlıq” cinayəti ilə bağlı araşdırmalara başlayıb.

Bildirilib ki, İstanbul Universiteti aralarında İmamoğlu da daxil olmaqla 28 nəfərin diplomunu "saxta olma" səbəbi ilə geri götürüb və ya ləğv edib.


Mənbə: unikal.az