Əfqanıstanda hakimiyyətə gələn “Taliban” qruplaşması ABŞ tərəfindən rəsmi şəkildə tanınmaq istəyir.
Bu barədə CNN məlumat yayıb.
“Taliban" ABŞ tərəfindən tanınması istiqamətində bir sıra addımlar atmağı, o cümlədən Əfqanıstan problemlərini həll etmək üçün ABŞ-da səfirlik tipli ofisin yaradılmasını təklif edib”, - telekanal xəbər verir.
Danışıqlardan xəbərdar olan mənbənin sözlərinə görə, Vaşinqton "Taliban" tərəfindən əsir götürülən amerikalının azad edilməsini tələb edib.
Adəm
Mənbə: publika.az