“Bu sammitdə bir sıra ilklərə imza atdıq”.
Bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Xankəndidə İƏT-in 17-ci Zirvə görüşündə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu sammit çərçivəsində ilk dəfə olaraq növbəti 10 ildə İƏT-in 2035-ci ilə qədər yeni strateji məqsədlərinin hazırlanması üçün qadınlar, gənclər daxil olmaqla, digər sektorlar da prosesə cəlb edilib:
“İƏT ailə ruhunun yaradılması istiqamətində mühüm addım atıldı. İƏT dünyada ən uzun tarixi olan qurum kimi Mərkəzi Asiyada əməkdaşlığı irəli aparan bələdçidir” .
Günel İbrahimova
Mənbə: qafqazinfo.az