Nüfuzlu şeyxlər Netanyahuya məktub yazdılar - Barışmaq istəyirlər

Nüfuzlu şeyxlər Netanyahuya məktub yazdılar -

Hebrondan olan nüfuzlu şeyxlər “Hebron Əmirliyi”nin tanınması müqabilində İsraillə sülhün tərəfdarı olublar.

Bu barədə "The Wall Street Journal" məlumat yayıb.

Şəhərin Fələstin Muxtariyyətinin tərkibindən çıxarılması təklifini Şeyx Vadi əl-Cəbari səsləndirib. O, digər dörd şeyxlə birlikdə İsrailin İqtisadiyyat naziri Nir Barkata məktub göndərərək onu baş nazir Benyamin Netanyahuya çatdırmağı xahiş edib.

Nəşrin məlumatına görə, əl-Cəbari Hebronun ən nüfuzlu ərəb klanlarından birinin rəhbəridir.

Məktubda İsrailin Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Sudan və Mərakeş ilə münasibətlərini normallaşdırmaq üçün 2020-ci ildə Vaşinqtonda imzalanmış İbrahim Sazişlərinə qoşulmaqla yanaşı, öz əmirliyinin yaradılması təklif edilir. Bunun müqabilində şeyxlər İsrail tərəfinin "Hevron əmirliyini" rayonun ərəb sakinlərinin nümayəndəsi kimi tanımasını istəyirlər.

Hüseyn İbadlı

Mənbə: publika.az