Türkiyənin xarici işlər naziri Hakan Fidan və iranlı həmkarı Abbas Arakçı arasında görüş baş tutub.
Tərəflər Rio-de Janeyroda keçirilən BRİKS sammiti çərçivəsində bir araya gəliblər.
Bildirilib ki, görüş zamanı ikitərəfli və regional məsələlər, o cümlədən İranın nüvə fəaliyyəti ilə bağlı proseslər müzakirə edilib.
H.Fidan Türkiyənin regiondakı bütün problemlərin diplomatik yolla həllinin tərəfdarı olduğunu və bu yöndə atılacaq addımlara dəstək verəcəyini vurğulayıb.
Mənbə: axar.az