ABŞ Prezidenti Donald Tramp, amerikalı milyarder İlon Maskın yeni partiya qurmaq səylərindən məmnun olmadığını bildirərək, bu fikrin can sıxıcı olduğunu qeyd edib.
Tramp jurnalistlərə açıqlama verib.
ABŞ Prezidenti Maskın partiya qurmaq fikrini mənasız hesab etdiyini bildirib və iş adamının bu istiqamətdəki səylərini tənqid edib.
Tramp, Respublikaçılar Partiyasının uğurunu vurğulayaraq, üçüncü bir partiyanın qarışıqlığa səbəb olacağı fikrini səsləndirib.
Xatırladaq ki, İlon Mask “Amerika” siyasi partiyasının qeydiyyatı ilə bağlı ABŞ Federal Seçki Komissiyasına (FEC) müraciət edib.
Mənbə: qafqazinfo.az