Hərbi prokuror sərhədçilərlə birlikdə

Hərbi prokuror sərhədçilərlə birlikdə

Azərbaycan Respublikası Baş prokurorunun müavini - Hərbi prokuror Bəhruz Əhmədov Dövlət Sərhəd Xidmətinin Naxçıvan Əlahiddə Sərhəd Diviziyasının komandiri general-mayor Bəhmən Babayevlə birlikdə Hərbi Prokurorluğun rəhbər vəzifəli şəxslərinin və Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbi qulluqçularının iştirakı ilə Dövlət Sərhəd Xidmətinin Naxçıvanda qulluq edən hərbi qulluqçuları ilə görüşüblər.

Hərbi Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, çıxışlarda Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrikliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın dəstəyi və xalqın əzmkarlığı sayəsində dövlətimizin əldə etdiyi uğurlardan, o cümlədən qüdrətli Silahlı Qüvvələrin formalaşdırılmasından bəhs edilib.

Daha sonra hərbi qulluqçular qarşısında hüquqi maarifləndirici məzmunlu çıxışlar olub, onları maraqlandıran suallar cavablandırılıb, eləcə də hərbçilərin məişət və xidmət şəraiti, həmçinin, qayğı və problemləri ilə maraqlanılıb.

Sonda xidmətdə fərqlənən hərbi qulluqçulara hədiyyələr təqdim edilib.

Tədbirdən sonra Hərbi prokuror Bəhruz Əhmədov, Diviziya komandiri Bəhmən Babayev, eləcə də yüksək vəzifəli prokurorluq işçiləri və hərbçilərlə birlikdə Vətən müharibəsində itkin düşmüş şəhid leytenant Vəlizadə İbrahim Səməd oğlunun ailəsinə baş çəkərək, prokurorluq adından diqqət və qayğı göstərib, eləcə də vətən fədaisinin ruhuna dərin ehtiram ifadə olunub.

Mənbə: yenisabah.az