Rusiyanın Lenta.ru saytında Azərbaycan-Rusiya münasibətlərinə dair videoçarxda Cənubi Azərbaycanın bayrağı yerləşdirilib.
Bu məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.
Rusiya saytının bu təxribatçı addımla ölkəmizə qarşı hörmətsizlik etdiyi vurğulanıb.
Qeyd edək ki, sözügedən videoçarx Dövlət Dumasının MDB işləri üzrə komitə sədrinin birinci müavini Konstantin Zatulinin Azərbaycan haqqında mənfi fikirlərinin yer aldığı xəbərin sonunda paylaşılıb. Zatulin Azərbaycan və Rusiya arasında müttəfiqliyin olmadığını deyib.
Aysel
Mənbə: www.bakupost.az