Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının əməkdaşlarına rütbələr verilib.
Sərəncama əsasən, İlham Nəriman oğlu Məmmədova birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
İlham Məmmədov 2021-ci ildən Azərbaycanın Əfqanıstanda fövqəladə və səlahiyyətli səfiri kimi işləyir.
Həmçinin Seymur Qurban oğlu Mərdəliyevə də birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi diplomatik rütbəsi verilib.
Seymur Mərdəliyev isə 2023-cü ildən etibarən Azərbaycanın Ukraynada fövqəladə və səlahiyyətli səfiridir.
Mənbə: yenisabah.az