Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıtdı: Əliyev onu...

Putinin göndərdiyi nazir Bakıdan əliboş qayıtdı: Əliyev onu...

Rusiyanın fövqəladə hallar naziri Aleksandr Kurenkov Bakıdan Moskvaya əliboş qayıdıb.

Bu barədə Rusiya təhlükəsizlik qüvvələrinə yaxın olan “VÇK-OQPU” Teleqram kanalı yazıb.

Qeyd olunur ki, İlham Əliyev Rusiya prezidentinin şəxsi nümayəndəsi ilə görüşdən imtina edib.

Həmsöhbətin mənbəsinin sözlərinə görə, nazir rəsmi olaraq Bakıda fövqəladə hallar nazirlərinin dar çərçivədə keçirilən müşavirəsində iştirak edib.

Mənbənin sözlərinə görə, Kurenkov Azərbaycan prezidenti ilə qeyri-rəsmi görüş keçirmək niyyətində olub. Lakin Rusiya tərəfinə qeyri-rəsmi dialoqun olmayacağını başa salıblar və Aleksandr Kurenkov Azərbaycana səfərinin müddətini qısaltmaq məcburiyyətində qalıb.

Mənbə: yenisabah.az