Yaponiyada çıxan kitabda Kim Çen Inla bağlı iddia

Yaponiyada çıxan kitabda Kim Çen Inla bağlı iddia

Şimali Koreya lideri Kim Çen In yeni iddia ilə gündəmə gəlib.

Yaponiyada yayımlanan bir kitabda Kim Çen Inın ana tərəfdən babası Ko Gyo-taekin qaçaqmalçılıq ittihamı ilə Yaponiyadan deportasiya edildiyi və bu səbəblə gənclik illərində Şimali Koreyaya yerləşmək məcburiyyətində qaldığı iddia olunub.

Bildirilib ki, Yoji Gomi tərəfindən yazılan “Ko Yong-hui: Zainichi (Yaponiyadakı koreyalı) və Kim Çen Inın anası” adlı kitab Kimin ailə keçmişindən bəhs edir.

Kitabda Yaponiyada qaçaqmalçılıq yolu ilə geyim ticarəti ilə məşğul olduğu qeyd edilən Gyo-taekin həbs olunduğu və ölkədən deportasiya edildiyi vurğulanır.

Qeyd edilib ki, kitabdakı məlumatlar Kimin adının çəkilməsini istəməyən Yaponiyadakı qohumlarının müsahibələrinə əsaslanır.

Mənbə: qafqazinfo.az