Əlimiz Təbrizə də çatır! - Katzdan sərt xəbərdarlıq

Əlimiz Təbrizə də çatır! -

Tehrandan hər hansısa təhdid olarsa, İsrail İranı yenidən vuracaq.

Bunu İsrailin müdafiə naziri İsrael Katz bildirib.
"İsrailin uzun qolu İranın onu təhdid edə biləcəyi hər yerə - Tehranda, Təbrizdə, İsfahanda və ona zərər verməyə çalışdığınız hər yerdə sizə çatacaq. Gizlənə biləcəyiniz heç yer yoxdur. Əgər geri qayıtmalı olsaq, daha böyük güclə qayıdacağıq", - Katz deyib.

Mənbə: www.bakupost.az