“Ermənistan və Azərbaycan Rusiyanı Cənubi Qafqazdan sıxışdırır”.
Bu barədə “Euronews”da məlumat dərc olunub.
“Ermənistan və Azərbaycan liderləri sülh sazişini yekunlaşdırmaq üçün Əbu-Dabidə görüşüblər. Bu, sülh mətninin böyük hissəsi razılaşdırıldıqdan sonra ilk rəsmi ikitərəfli görüşdür. Görüşün nəticələri son məqamda Cənubi Qafqazın gələcəyini müəyyən edəcək. Bu, həm də ona görə tarixi görüş hesab olunur ki, Rusiya ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsinin həllində iştirak etməyəcək. Həm Bakı, həm də İrəvan Kremldən uzaqlaşır. Çünki son bir neçə ildə Rusiya ilə münasibətlər xeyli pisləşib. Əbu-Dabidəki danışıqlar Ermənistanın baş naziri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında oxşar ikitərəfli görüşdən sonra baş tutub. Ukraynada bataqlığa düşməklə Moskva postsovet məkanında öz təsirini tədricən itirir”, – Euronews yazıb.
Əliyar Xəlil
Mənbə: globalinfo.az