ABŞ Ukraynadakı münaqişənin nizamlanmasına nail olmaq üçün Rusiya ilə yüksək siyasi səviyyədə qarşılıqlı əlaqəni davam etdirmək niyyətindədir.
Bunu ABŞ Dövlət Departamentinin mətbuat katibi Temmi Bryus mətbuat konfransında deyib.
“Bir çox insanlar düşünürdü ki, Rusiya Prezidenti Vladimir Putinlə ümumiyyətlə danışmaq olmaz. Əvvəlki administrasiya dövründə Co Bayden onunla üç il danışmayıb. Hər kəslə danışmaq lazımdır”, - Bryus qeyd edib.
Mənbə: axar.az