Avropa nəinki müharibəyə hazır deyil, həm də... - Çmut

Avropa nəinki müharibəyə hazır deyil, həm də... - Çmut

Avropa nəinki müharibəyə hazır deyil, həm də ona hazırlaşmaq istəmir.

Bunu "Came Back Alive" Fondunun ukraynalı rəhbəri Taras Çmut bildirib.

“Avropada yanlış təsəvvür var ki, onların super səviyyəli ordusu, texnoloji cəhətdən ən inkişaf etmiş silahları var və buna görə də düşməni məğlub edə biləcəklər.

Onların 20-30 tankı və 50 ən yaxşı təyyarəsi hərbi əməliyyatdan sağ çıxmaya bilər. Buna görə də yalnız ən yaxşı avadanlıqlara sahib olmaq lazım deyil, kifayət qədər sayı olmalıdır”, - Çmut qeyd edib.

Mənbə: axar.az