Paris məhkəməsi Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricitin kişi doğulduğunu iddia edən jurnalist Nataşa Reyə bəraət verib.
Məlumatı vəkil Fransua Danqlean X hesabında açıqlayıb:
"Nataşa Rey Bricitt və qardaşı Jan-Mişel Tronyeni məğlub edir. Apellyasiya məhkəməsi Bricitt və Jan-Mişel Tronyeni dələduzluğa görə məhkəməyə verməyi planlaşdıran Nataşa Reyə bəraət qazandırdı".
Qeyd edək ki, 2024-cü il sentyabrın 12-də Paris məhkəməsi iki fransız qadını Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşının anadan kişi doğulduğuna dair böhtan xarakterli şayiələr yaydıqlarına görə ümumilikdə 13500 avro məbləğində cərimələyib.
Mənbə: musavat.com