BMT-də üçtərəfli görüş olacaq? - Zaxarova açıqladı

BMT-də üçtərəfli görüş olacaq? - Zaxarova açıqladı

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova BMT Baş Assambleyası çərçivəsində Rusiya Federasiyası, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşün mümkünlüyü ilə bağlı sualı cavablandııb.

Bakupost.az Rusiya KİV-ə istinadla xəbər verir ki, Zaxarova belə bir görüş hazırlanarsa, məlumat veriləcəyini bildirib.

"Əgər belə bir görüş hazırlanırsa, biz bu barədə mütləq məlumat verəcəyik", - Zaxarova vurğulayıb.

“İndi deyə bilərəm ki, biz də tərəflərlə əlaqə saxlayırıq”, - deyə o əlavə edib.

Mənbə: www.bakupost.az