İrəvanda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma - Fotolar

İrəvanda etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma - Fotolar

Xəbər verdiyimiz kimi, İrəvanda hökumət binası qarşısında etiraz aksiyası keçirilir.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, gecə saatlarında davam edən aksiyada etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar başlayıb.

Etirazçılar Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşmək istəyirlər.

Həmçinin, etirazçılar Paşinyanla görüşmək üçün hökumət binasına daxil olmağa çalışıblar.

Fəallar “Nikol satqındır” şüarını da səsləndiriblər.


Mənbə: qafqazinfo.az