Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib

Emin Əmrullayev: Artıq bütün müəllimlər sertifikasiyadan keçib

Artıq bütün müəllimlər sertifikatlaşdırma imtahanlarından keçib.

"Report"a istinadən xəbər verilir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, bu proses 2022-2026-cı illəri əhatə edib və 104 435 müəllum iştirak edib:

"Demək olar bütün məüllimlər ən azı 1 dəfə sertifikatlaşdırma prosesinə cəlb olunub. Bu gün 5 müəllimdən biri yeni müəllimdir".

Mənbə: demokrat.az