Çinin Zhengzhou Tibb Universitetində təhsil alan sumqayıtlı gənc Fateh Novruzlu oxuduğu təhsil müəssisəsinin önündə Azərbaycan bayrağındakı rəng xətasını fərq edərək dərhal onu düzəldib.
Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın məzunu olan F.Novruzlu 656,8 balla Azərbaycan Tibb Universitetinə qəbul olub və hazırda təhsilini Çində davam etdirir.
Yad ölkədə milli atributumuza sahib çıxan həmyerlimiz örnək addımı ilə üçrəngli bayrağımızın düzgün formada dalğalanmasını təmin edib.
Mənbə: qafqazinfo.az