71 min dron havaya qalxdı - Möhtəşəm mənzərə, yeni Ginnes rekordu - VİDEO

71 min dron havaya qalxdı - Möhtəşəm mənzərə, yeni Ginnes rekordu - VİDEO

ABŞ-nin Texas ştatında Çin və Amerika şirkətlərinin birgə təşkil etdiyi möhtəşəm işıq şousu zamanı minlərlə dron gecə səmasını nəhəng səhnəyə çevirib.

Musavat.com xəbər verir ki, pilotsuz uçuş aparatları texnologiyaları sahəsində fəaliyyət göstərən Çinin “Damoda” şirkəti Amerikanın “Sky Elements” komandası ilə birlikdə irimiqyaslı dron nümayişləri keçirib.

Ümumilikdə yeddi nümayiş ərzində 71 207 dron havaya qaldırılıb. Şouların birində isə 10 183 dron eyni vaxtda səmada nəhəng əjdaha fiquru yaradıb.

Dronların sinxron hərəkəti və müxtəlif rəngli işıqları sayəsində gecə səmasında nəhəng şir, əjdaha, uçan naməlum obyektlər və digər möhtəşəm fiqurlar canlandırılıb.

Nümayişlər 27–29 sentyabr 2026-cı ildə Texasın Blue Ridge şəhərində keçirilib. Bu möhtəşəm tədbir zamanı iki ayrı kateqoriya üzrə Ginnesin dünya rekordu yenilənib.

Birinci rekord bir həftə ərzində həyata keçirilən dron uçuşlarının sayına aiddir. Ümumilikdə 71 207 dron uçuşu qeydə alınaraq əvvəlki 55 939 göstəricisi geridə qoyulub.

İkinci rekord isə dronlarla səmada yaradılan ən böyük mifoloji varlıq təsvirinə aiddir. Eyni vaxtda 10 183 dronla nəhəng əjdaha fiquru yaradılıb. Əvvəlki rekord 2 247 dronla müəyyən edilmişdi. Yeni nəticə bu göstəricini dörd dəfədən çox üstələyib.

Musavat.com

Mənbə: musavat.com