Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - Video

Qələbə dairəsində hərəkətdə dəyişiklik edildi - Video

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi Qələbə dairəsində görülən işlərlə bağlı məlumat yayıb.

NİİM-ə istinadən xəbər verilir ki, ərazidəki piyada keçidlərində yeni işıqforlar quraşdırılıb.

Belə ki, Yasamal rayonu ərazisində, həm Əbdülvahab Salamzadə küçəsindən, həm də metronun “20 Yanvar” stansiyası istiqamətindən “Qələbə” dairəsinə, oradan isə Mətbuat prospektinə doğru hərəkət edən nəqliyyat vasitələri qarşıda nizamlanmayan piyada keçidinin olması səbəbindən pik saatlarda sıxlıqla qalırdılar.

Mövcud vəziyyət nəzərə alınaraq, NİİM əməkdaşları tərəfindən müşahidə kameralarının imkanlarından, yerində baxış keçirməklə və simulyasiya proqramından istifadə edilməklə piyada və nəqliyyat vasitələrinin hərəkət intensivliyi təhlil olunub.

Nəticədə, piyada keçidinin işıqforlarla nizamlanmasını təmin etmək məqsədilə 3 ədəd “L” və “A” tipli olmaqla piyada və nəqliyyat bölməli svetoforlar quraşdırılaraq istifadəyə verilib.

Bununla da, dairədən Mətbuat prospekti istiqamətində pik saatlarda yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb, eyni zamanda piyadaların və nəqliyyat vasitələrinin təhlükəsiz hərəkəti təmin edilib.

Mənbə: qafqazinfo.az