Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə universitetin bufetində tələbələrlə bir araya gəlib.
Fotoda rektorun tələbələrlə eyni masada əyləşdiyi əks olunub.
Qeyd edək ki, Məleykə Abbaszadə 19 noyabr 2026-cı il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinin rektoru təyin olunub. O, bu təyinatadək Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.

Mənbə: publika.az