Rusiyada kişilər niyə az yaşayırlar? – Səbəblər

Rusiyada kişilər niyə az yaşayırlar? – Səbəblər

Rusiyada kişilər orta hesabla qadınlardan on il az yaşayırlar, çünki alkoqoldan sui-istifadə edir, siqaret çəkir və özlərinə daha az qayğı göstərirlər.

Rusiya mediasına istinadla xəbər verilir ki, Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşko kişilərin ömrünün qadınlara nisbətən qısa olmasının səbəblərini belə təsbit edib.

Səhiyyə nazirinin sözlərinə görə, yuxarıda qeyd olunanların hamısı risk faktorlarıdır və qadınlara nisbətən daha çox xəstələnməyə səbəb olur.

"Bu, həm də öz sağlamlığının qayğısına qalmaqla bağlı daha az öhdəliklə əlaqələndirilir", - Muraşko deyib.

Vinoqradov adına xəstəxananın baş həkimi, professor Olqa Şarapovanın daha əvvəl mediaya verdiyi məlumata görə, kişilərin orta ömür uzunluğu, o cümlədən piylənmə xüsusiyyətlərinə görə qadınlarınkından xeyli azdır.

Mənbə: musavat.com