“30 suala cavab verə bilməyən müəllimin məktəbdə işləməsi düzgün deyil”

“30 suala cavab verə bilməyən müəllimin məktəbdə işləməsi düzgün deyil”

“Sertifikatlaşdırma prosesi artıq növbəti mərhələsini uğurla başa vurub. Gələn il bütün müəllimlərin sertifikatlaşdırma prosesindən keçməsi təmin ediləcək”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.

O bildirib ki, 2022-ci ildən sertifikasiya prosesi başlayıb: “Ümumilikdə 8 minə yaxın müəllimin bu prosesdə fəaliyyətinə xitam verilib. İmtahanda 30 suala cavab verə bilməyən müəllimin Azərbaycan məktəbində fəaliyyət göstərməsi düzgün deyil”.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az