Nazirdən məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə - Münasibət

Nazirdən məktəblərdə rus bölmələrinin bağlanması məsələsinə -

“Rus bölmələrinin bağlanması bu gün gündəmdə deyil”.

Bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda keçirilən tədbirdə bildirib.

“Müəllimlərin işə qəbulu prosesində rus bölməsi üzrə müəllim olmaq istəyən namizədlərin maksimum balı 50-60 arasıdır. Azərbaycan bölməsi üzrə isə 80-dən yuxarıdır. Buna görə də rus bölməsinə məcbur qalıb yarıbayarı nəticə göstərən müəllim işə götürək, çünki başqası yoxdur”, - deyə, nazir əlavə edib.

Gülnar Əliyeva

Mənbə: qafqazinfo.az