3 günlük körpəni xəstəxanadan qaçıran qadın yaxalandı - VİDEO

3 günlük körpəni xəstəxanadan qaçıran qadın yaxalandı - VİDEO

Suriyalı ailənin 3 gün əvvəl doğulan körpəsini xəstəxanadan qaçıran  S.Q adlı 51 yaşlı qadın yaxalanıb.

Yenisabah.az xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib. S.Q dindirilmədə cinayəti uşaq sahibi ola bilmədiyindən törətdiyini etiraf edib.

Təpəcik Təhsil və Araşdırma Xəstəxanasında özünü tibb işçisi kimi təqdim edən cani qadın 3 gün əvvəl dünyaya gələn körpəni ədyala bükərək xəstəxanadan uzaqlaşıb.

Körpəsini otaqda tapmayan ana vəziyyəti xəstəxana rəhbərliyinə çatdırıb. Təhlükəsizlik kameralarındakı görüntülər körpənin qaçırıldığını isbatlayıb və dərhal polisə məlumat verilib. 

Tanınmamaq üçün hicab taxan qadının kimliyi müəyyən edilib. O, evində tutularaq polis bölməsinə aparılıb.

Nəzrin Musayeva

 

Mənbə: yenisabah.az