AK-da şok yaşanır: Zelenskinin məxfi görüşündə tərcüməçi casus çıxdı

AK-da şok yaşanır: Zelenskinin məxfi görüşündə tərcüməçi casus çıxdı

Avropa Komissiyası bir tərcüməçini Rusiyanın xeyrinə casusluq şübhəsi ilə vəzifəsindən azad edib.

Bu barədə politoloq Kamran Cəfərli məlumat paylaşıb.
O bildirib ki, 2024-cü ilin sonunda o, Avropa Komissiyasında Ukrayna Prezidenti Vladimir Zelenski ilə keçirilən qapalı görüş zamanı qeydlər apararkən yaxalanıb:
“Halbuki bu cür görüşlər zamanı qeydlər aparmaq qəti şəkildə qadağandır. Onun valideynləri rusdur, özü isə əvvəllər Ukraynada yaşamışdır”.
Asena,
BakuPost

Mənbə: www.bakupost.az