İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Livanın cənubunda yerləşən “Hizbullah” hərəkatının mövqelərinə zərbələr endirib.
Bu barədə "Lebanon 24" xəbər portalı məlumat yayıb.
Məlumata görə, hava zərbələri Cezzin, Qərbi Bekaa və Nəbatiyə bölgələrində yerləşən istehkam və hərbi obyektləri hədəf alıb.
Xatırladaq ki, İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən 20 şəhər və kəndin sakinlərinə təxliyə əmri verib.
Mənbə: www.bakupost.az