Kürdəmirdə “Mersedes” “Şevrolet” ilə toqquşdu - Xəsarət alanlar var-Fotolar

Kürdəmirdə “Mersedes” “Şevrolet” ilə toqquşdu - Xəsarət alanlar var-Fotolar

Kürdəmirdə ağır yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayonun Muğanlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki “Mersedes” markalı yük maşını ilə “Şevrolet” markalı avtomobil toqquşub.

Qəzada müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan 2 nəfər Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Surxay Şahbazov


Mənbə: qafqazinfo.az