Yaponiyada sürət qatarı ayı ilə toqquşdu

Yaponiyada sürət qatarı ayı ilə toqquşdu

Yaponiyanın Akita prefekturasında Akitadan Tokioya hərəkət edən "Şinkansen" sürət qatarı relslərdə ayı ilə toqquşduqdan sonra təcili dayanmağa məcbur olub.

Qəza JR Ou dəmir yolu xəttinin Vada və Uqo-Sakai stansiyaları arasındakı hissəsində baş verib.

Şərqi Yaponiya Dəmir Yolları Şirkətinin Akita bölməsinin məlumatına görə, texniki baxış zamanı qatarda heç bir nasazlıq aşkarlanmayıb və qısa müddət sonra hərəkət tam bərpa edilib.

Hadisə zamanı qatarda təxminən 200 sərnişin və qatar briqadasının üzvləri olub. Nəticədə xəsarət alan olmayıb.

Mövsüm

Mənbə: www.aznews.az