Ağstafada sel suları evlərə doldu – VİDEO

Ağstafada sel suları evlərə doldu –

Dünən gecə saatlarından başlayan intensiv yağışlar Ağstafa rayonunda bir sıra fəsadlara səbəb olub.

Rayonun Köçvəlli kəndində sel suları evlərə dolub, həyətləri basıb.

Yaxınlıqdan keçən su kanalı daşıb. Hazırda sakinlər çıxılmaz vəziyyətlə üz-üzə qalıb.

Məlumat üçün bildirək ki, qərb bölgəsində yağıntılı hava şəraiti davam edir. (Qafqazinfo.az)



Bizim.Media

Mənbə: bizim.media