Dəhşətli meşə yanğınları səbəbilə Nyu-Yorku tüstü bürüdü - Foto

Dəhşətli meşə yanğınları səbəbilə Nyu-Yorku tüstü bürüdü - Foto

Kanadada davam edən meşə yanğınlarının tüstüsü ABŞ-nin Nyu-York şəhərinə çatıb.

Şəhər sarımtıl duman təbəqəsinə bürünüb, səhər saatlarından etibarən havada zəif yanıq qoxusu hiss olunur.

“İQAir” platformasının məlumatına görə, Nyu-Yorkda havanın keyfiyyət indeksi 179-a yüksəlib. Bu göstərici havanın insan sağlamlığı üçün zərərli olduğunu göstərir.

Zərərli hissəciklərdən qorunmaq məqsədilə bəzi şəhər sakinləri küçəyə maska ilə çıxıblar.

Nyu-York ştatının qubernatoru Keti Hokul daha əvvəl Kanadadakı meşə yanğınlarından yayılan tüstünün isti hava ilə birlikdə regionda havanın keyfiyyətini pisləşdirəcəyini bildirmişdi. Yerli sakinlərə vəziyyətə ciddi yanaşmaq və səhhətlərini diqqətdə saxlamaq tövsiyə olunub.

Kanada hakimiyyətinin məlumatına görə, ölkə ərazisində 800-dən çox meşə yanğını qeydə alınıb. Onlardan 104-nün hələ də nəzarət altına alınmadığı bildirilir. (Teleqraf)

Mənbə: publika.az