İstanbulda rusiyalı cütlük saxlanıldı: Ayasofyada bu kitabı oxuduqlarına görə

İstanbulda rusiyalı cütlük saxlanıldı: Ayasofyada bu kitabı oxuduqlarına görə

Türkiyədəki tətil rusiyalı cütlüyün cinayət məsuliyyətinə cəlb olunması ilə nəticələnib - onlar İstanbuldakı Ayasofya məscidində Bibliya oxuduqlarına görə saxlanılıblar.

“Gazeta.ru”ya istinadla xəbər verilir ki, ruslar əvvəlcə polis bölməsinə, daha sonra isə deportasiya mərkəzinə aparılıblar. Rusiyanın İstanbuldakı Baş Konsulluğu saxlanılan turistlərin taleyi ilə məşğul olduğunu bildirib. Bu arada Rusiya Dövlət Duması rusların "heç bir cinayət törətmədiyini" iddia edib.

Otuz iki yaşlı İqor və 35 yaşlı Viktoriya tətil üçün Moskvadan Türkiyəyə uçublar. Ertəsi gün onlar Ayasofyaya gediblər və İqor özü ilə gətirdiyi Bibliyanı oxumağa başlayıb.

Daha sonra cütlük dərhal mühasirəyə alınıb ​​və məscidin aşağı mərtəbəsinə aparılıblar. Bundan sonra onlar Fatih rayonundakı polis bölməsinə aparılıblar və əşyalarını inventarlaşdırmaq üçün təhvil verməli olublar.

"Bizi otelə geri buraxmırlar. Barmaq izlərimi götürmək istəyirdilər. Dedilər ki, taleyimiz bundan sonra həll olunacaq. Burada rus dilində danışan bir nəfər də yoxdur. Düzünü desəm, nə edəcəyimizi və kimə müraciət edəcəyimizi bilmirik", - İqor deyib.

Müəllif: Tural

Mənbə: publika.az