Türkiyədə narkotikə qarşı mübarizə əməliyyatı nəticəsində 25 nəfər saxlanılıb.
Türkiyə mətbuatına istinadən xəbər verilir ki, İstanbulun Bakırköy rayonu Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində müğənnilər İlyas Yalçıntaş, Sıla Gençoğlu və prodüser Fatih Aksoy da daxil olmaqla, 25 şübhəli şəxs barədə saxlanılma qərarı verilib.
Saxlanılan şəxslərin axtarışların aparılması, bioloji müayinələrdən keçirilməsi və ifadələrinin alınması, daha sonra isə prokurorluğa təhvil verilməsinin nəzərdə tutulduğu bildirilib.
Mənbə: apa.az