XİN bəyanat yaydı: Onun cənazəsi aşkarlanıb, ən yaxın zamanda...

XİN bəyanat yaydı: Onun cənazəsi aşkarlanıb, ən yaxın zamanda...


Ukraynanın Odessa sahilləri yaxınlığında dron hücumu nəticəsində həlak olmuş Atlas Bey mülki ticarət gəmisinin kapitanı Səməd Nəsrullayevin nəşi aşkarlanaraq, Odessaya gətirilib.

Bu barədə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Məlumata görə, müvafiq zəruri tədbirlər yekunlaşan kimi cənazə ölkəmizə yola salınacaq.
"Həlak olan gəmi kapitanının ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"

Mənbə: www.bakupost.az