İranın Buşehr və Əhvaz şəhərlərində partlayış səsləri eşidilib.
IRNA agentliyinin məlumatına görə, Buşehr şəhərində iki partlayış baş verib.
Mehr agentliyi isə İranın cənub-qərbində yerləşən Əhvaz şəhərində də partlayış səsinin eşidildiyini qeyd edib.
Mümkün dağıntılar və itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.
Mənbə: apa.az