Ağdamda yanğın olan ərazidə mina partlayışları müşahidə olunur — FOTO

Ağdamda yanğın olan ərazidə mina partlayışları müşahidə olunur — FOTO

Ağdam rayonunda yanğın baş verən ərazidə mina partlayışları müşahidə olunur.

Rayonun yenidən qurulan Sarıcalı kəndinə yaxın açıq ərazidə baş verən yanğın mina və partlamamış hərbi sursatlarla çirklənən yerlərə yayılıb.

Yanğın zamanı bir neçə mina partlayışı müşahidə olunub. Partlayışlar yanğınlara operativ müdaxilə edilməsi işlərinə mane olur, alovun söndürülməsi işlərini ləngidir. (report)

Mənbə: musavat.com