“Akkord”un binasında yıxılan 22 yaşlı oğlan öldü

“Akkord”un binasında yıxılan 22 yaşlı oğlan öldü

Bakının Sabunçu rayonunda faciəvi hadisə baş verib.

iyulun 23-ü saat 01 radələrində Bakıxanov qəsəbə sakini 2004-cü il təvəllüdlü Q.İbrahimov qəsəbənin Yavər Əliyev küçəsində yerləşən “Akkord” yaşayış kompleksindəki binanın pilləkən meydançasının eyvanından yıxılıb.

8-ci mərtəbədən yıxılan gənc hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Mənbə: qafqazinfo.az